Dünya
Sadır Japarovun prezidentlik müddəti ilə bağlı məhkəmə qərarı açıqlandı
Qırğızıstan Prezidenti Sadır Japarovun səlahiyyət müddəti 2027-ci ilin yanvar ayında başa çatacaq. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib. Məhkəmənin qərarında qeyd olunur ki, 2021-ci il Konstitusiyasının 67-ci maddəsi ilə təsbit edilmiş beşillik səlahiyyət müddəti 2010-cu il Konstitusiyasının qüvvədə olduğu dövrdə başlayan prezident mandatına şamil olunmur. Başlanmış müddət ilkin olaraq müəyyən edilmiş davamiyyətdə, yəni altı il ərzində başa çatdırılmalıdır. Qeyd olunur ki, dövlət başçısı səlahiyyətlərini 2021-ci il Konstitusiyasına uyğun olaraq aparır və onun altıillik dövrü iki müddət qaydasına əsasən birinci müddət kimi hesablanır.
Mənbə
oxu.az