Digər

Cenevrədə Rusiya-Ukrayna-ABŞ görüşü başladı

17 Feb 2026, 17:01 2 baxış
Cenevrədə Rusiya-Ukrayna-ABŞ görüşü başladı

Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında görüş başlayıb.


Axar.az xəbər verir ki, Ukrayna üzrə üçtərəfli danışıqlar "Inter Continental" otelində keçirilir.


Danışıqların iki gün davam edəcəyi gözlənilir.


Bu görüşə qədər üçtərəfli formatda Əbu-Dabidə iki raund danışıqlar keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub. Cenevrədə isə daha geniş mövzularda danışıq aparılması planlaşdırılır. Xüsusilə, ərazi məsələsi danışıqların əsas mövzularından biri olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər