Digər
FTX 5 rus generalına sui-qəsd xəbərdarlığı etdi
Rusiya ordusunun 5 generalı Federal Təhlükəsizlik Xidmətindən (FTX) təcili sui-qəsd xəbərdarlığı alıb.
Axar.az xəbər verir ki, bu barədə Kremlə yaxın Teleqram kanalları məlumat yayıb.
“Təəssüf ki, yüksək rütbəli generallara qarşı qətllər və sui-qəsd cəhdləri müəyyən bir müntəzəmliklə baş verir. Bu həftə mənbələr bizə Rusiya Silahlı Qüvvələrinin ən azı beş generalının FTX-dən xəbərdarlıq aldığını bildirdilər. FTX əvvəllər heç vaxt bu qədər geniş miqyasda xəbərdarlıq etməmişdi”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az