Dünya

Kaliforniyada daşqın təhlükəsi: 11 milyon insan risk altında

17 Feb 2026, 16:28 2 baxış
Kaliforniyada daşqın təhlükəsi: 11 milyon insan risk altında
ABŞ-nin Kaliforniya ştatının təxminən 11 milyon sakini böyük daşqın riski ilə üzləşib. Oxu.Az xəbər verir ki, müvafiq statistikanı Amerikanın NBC televiziya kanalı dərc edib. Kanal bildirir ki, Los-Anceles dairəsinin bir neçə ərazisinin sakinlərinə artıq təxliyə əmri verilib. San-Fransisko sakinləri də risk altındadırlar. ABŞ Milli Meteorologiya Xidməti bildirir ki, fevralın 15-dən bəri Kaliforniyada güclü leysan yağışları və küləklər baş verib, yağıntı bəzi yerlərdə 25 mm-ə çatıb. Los-Anceles üçün bu rəqəm aylıq orta göstəricinin təxminən dörddə birini təşkil edir. Güclü yağış həmçinin torpaq sürüşməsi riskini də artırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər