Dünya
Türkiyədə məşhurları hədəf alan antinarkotik əməliyyatı: Boksçu Adem Kılıçcı saxlanıldı
Türkiyədə məşhurları hədəf alan son antinarkotik istintaqı davam edir. Bu barədə Oxu.Az "CNN Türk" nəşrinə istinadən xəbər verir. Məlumata görə, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Kaan Tangöze, Murat Dalkılıç və İsmayıl Hacıoğludan sonra "Survivor" müsabiqəsinin iştirakçısı və boksçu Adem Kılıçcı saxlanılıb.
Mənbə
oxu.az