Dünya
Pakistanda dəhşətli terror: 11 hərbçi həlak oldu
Pakistanın Xayber-Paxtunxva əyalətində törədilən terror aktı nəticəsində 11 hərbçi həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Dawn" nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Xayber-Paxtunxva əyalətinin Bacaur rayonundakı nəzarət-buraxılış məntəqəsində partlayıcı maddə ilə yüklənmiş avtomobil vasitəsilə həyata keçirilən terror aktı təhlükəsizlik qüvvələri əməkdaşlarının ölümünə səbəb olub", - deyə nəşr Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadən bildirib. Məlumata görə, qadın və uşaqlar da daxil olmaqla, daha yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Pakistan rəsmiləri hesab edirlər ki, hücumun arxasında ölkədə qadağan olunmuş "Tehrik-e Taliban Pakistan" hərəkatı dayanır. Xəbərdə bildirilir ki, cavab atəşi ilə 12 terrorçu məhv edilib. Nəşrin məlumatına görə, son bir il ərzində sözügedən bölgədə terror hücumlarının sayı artıb.

Mənbə
oxu.az