Dünya
İranın Cenevrədəki danışıqlarda ABŞ tərəfindən tələbi məlum oldu
Cenevrədə ABŞ ilə dolayı danışıqların ikinci mərhələsi zamanı İran ona qarşı tətbiq edilən bütün sanksiyaların ləğvini tələb edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi məlumat verib. Məlumata görə, Tehran, həmçinin Vaşinqtonla "İranın dinc nüvə proqramına etimad" məsələlərini də müzakirə etmək niyyətindədir.
Mənbə
oxu.az