Digər

Azərbaycanın tarixi paytaxtında güclü partlayış oldu

17 Feb 2026, 12:33 18 baxış
Azərbaycanın tarixi paytaxtında güclü partlayış oldu

Ötən gecə Təbrizin neftayırma zavodunun yaxınlığında yerləşən "Nik qaz" maye qaz paylama şirkətində güclü partlayış olub.


Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.


Məlumata görə, partlayışdan sonra yanğın başlayıb və hadisə yerinə çox sayda yanğınsöndürən texnikası cəlb olunub.


Bildirilib ki, əsas çəndə baş verən yanğın o qədər güclü olub ki, alov və tüstü şəhərin bütün bölgələrindən müşahidə olunub.


Hələlik insan itkisi barədə hər hansı məlumat verilməyib.


Hadisənin başvermə səbəblərinin araşdırıldığı və yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcəyi deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər