Dünya

Murat Dalkılıç, İsmail Hacıoğlu və Kaan Tangöze saxlanıldılar

17 Feb 2026, 10:22 2 baxış
Murat Dalkılıç, İsmail Hacıoğlu və Kaan Tangöze saxlanıldılar
Türkiyədə narkotiklərin qanunsuz istifadəsi ilə bağlı məşhurları hədəfə alan istintaq davam edir. İstintaq çərçivəsində məşhur türkiyəli müğənni Murat Dalkılıç, "Duman" qrupunun solisti Kaan Tangöze, aktyor İsmail Hacıoğlu və Kemal Doğulu saxlanılıblar. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı qeyd edilən şəxslər daxil olmaqla, ümumilikdə 17 şübhəli nəzarət altına alınıb. İstintaq çərçivəsində saxlanılan şəxslər aşağıdakılardır: 1. Hakan Tunçelli (İş adamı - "Terzi" adlı müəssisənin sahibi) 2. Sırrı Murat Dalkılıç (müğənni) 3. Rıza Kaan Tangöze ("Duman" qrupunun solisti) (17.6 qram marixuana maddəsi ələ keçirilib) 4. Murat Cevahiroğlu (5 ədəd 9 mm-lik patron müsadirə edilib) 5. Barış Talay (ümumi çəkisi 1.86 qram olan 2 paket marixuana maddəsi ələ keçirilib) 6. Hakan Kakız 7. Kamal Doğulu 8. Murat Öztürk ("Bonivex" adlı müəssisənin sahibi) 9. Murathan Kurt ("Züber" adlı şirkətin ortağı) 10. Nailcan Kurt ("Züber" adlı şirkətin ortağı) 11. Alihan Taşkın 12. Tolga Sezgin 13. Ramazan Bayar 14. Aygün Aydın 15. Buse Görkem Narcı 16. İsmail Hacıoğlu (33 qram marixuana müsadirə edilib) 17. Furkan Koçan.
Mənbə oxu.az

Oxşar Xəbərlər