Dünya

İspaniyada yanğın zamanı beş nəfər öldü

17 Feb 2026, 09:16 2 baxış
İspaniyada yanğın zamanı beş nəfər öldü
Barselona şəhərində (İspaniya) çoxmənzilli binada baş verən yanğın nəticəsində azı beş nəfər həlak olub, daha dörd sakin yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə yerli hökumətdən məlumat verilib. "Beşmərtəbəli yaşayış binasının damında yaşayış üçün uyğunlaşdırılan yerdə alovlanma baş verib. Naməlum səbəblərdən içəridəki insanlar bayıra çıxa bilməyiblər", - deyə açıqlamada bildirilib. Qeyd olunur ki, çağırışa gələn xilasetmə qrupları yanğını yarım saat ərzində söndürüblər. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Mənbə oxu.az

Oxşar Xəbərlər