Füzulidə ağır yol qəzası: ölü və yaralılar var
Füzulidə baş verən qəza zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Kərimbəyli kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mersedes" markalı minik avtomobili "QAZel" markalı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan 1 nəfər sərnişin - 1981-ci il təvəllüdlü Beyləqan rayonunun Mil qəsəbə sakini Tərgül Allahyar qızı Mirzəyeva ölüb, 4 nəfər ağır xəsarət alıb.
Xəsarət alan şəxslər bunlardır: minik avtomobilinin sürücüsü Bakir Yunis oğlu Qardaşxanov və sərnişinlər Rauf Vüqar oğlu Ağalarzadə, Sərvan Mahmud oğlu Qalsanov, Brilyant Təbriz qızı Atakişiyeva.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.