Kriminal

Bakıda çoxmərtəbəli binada YANĞIN: Təxliyənin ANBAAN GÖRÜNTÜSÜ

16 Feb 2026, 13:29 1 baxış
Bakıda çoxmərtəbəli binada YANĞIN: Təxliyənin ANBAAN GÖRÜNTÜSÜ
Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 128kv.m. olan üçotaqlı mənzilin mətbəxində 3p.m. mətbəx mebeli və məişət əşyaları yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər