Cəmiyyət

Göygöldə avtoqəzada xəsarət alan şəxsin son durumu

16 Feb 2026, 12:44 2 baxış
Göygöldə avtoqəzada xəsarət alan şəxsin son durumu
Göygöldə yük və minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, fevralın 15-də saat 18:40-da Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan bir nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "2010-cu il təvəllüdlü gəncə aşıq sümüyünün sınığı, gözün və göz yuvasının digər travmaları diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb". Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər