Cəmiyyət
Bakının bir hissəsi qaranlığa büründü
Bakının Xətai rayonunun bir hissəsində 2 saatdan artıqdır elektrik enerjisinin verilməsi dayandırılıb.
Bu barədə Axar.az-a rayon sakinləri məlumat verib.
Bildirilib ki, Vung Tau küçəsindən başlayaraq, Gəncə prospekti də daxil olmaqla, bir neçə küçə və prospektdəki məhəllələr işıqsız qalıb.
Aidiyyəti qurumun qaynar xəttindən elektrik enerjisinin verilməsinin 1,5 saata bərpa ediləcəyi bildirilsə də, hazırda sözügedən ərazidə işıq hələ də yoxdur.
Mənbə
axar.az