Kriminal
Şirvanda ata övladını çəkiclə öldürmək istəyib
Lənkəran Ağır Cinayətlər Məhkəməsdində 11 yaşlı övladını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Məmmədovun (soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Məmmədovun hadisəni törədən vaxt anlaqsız vəziyyətdə olduğu müəyyənləşib və o, məsuliyyətdən azad edilib. Məhkəmənin qərarı ilə R.Məmmədov məcburi psixartik müalicəyə göndərilib. İttihama görə, hadisə 2024-cü ildə baş verib. Şirvan şəhər sakini, ruhi əsəb xəstəsi, 1981-ci il təvəllüdlü Rövşən Məmmədov evində 2013-cü il təvəllüdlü Hüseyn Məmmədova hücum edərək, baş nahiyəsindən ağır çəkiclə vuraraq, onu öldürməyə cəhd edib. O, oğluna çəkiclə bir neçə zərbə endirib. Ailə üzvlərinin müdaxiləsi nəticəsində Hüseyn xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə H.Məmədov saxlanılıb. Samir Əli
Mənbə
oxu.az