Kriminal
Bakıda TƏHLÜKƏLİ ANLAR: Motosiklet sürücü ÖLÜMDƏN qurtuldu - VİDEO
Bakının Badamdar şosesi ilə Mətbuat prospektinin kəsişməsində yerləşən dairədə motosiklet sürücü faciədən son anda xilas ola bilib. Oxu.Az xəbər verir ki, hadisə anını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, ötən gün həmin ərazidə avtomobil yanıb. Yanğın nəticəsində asfalt örtüyünün üzərinə yağ dağılıb. Lakin sonradan ərazi təmizlənmədiyi üçün yol sürüşkən vəziyyətdə qalıb. Nəticədə sözügedən ərazidə nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaranıb. Bu səbəbdən də motosiklet sürücü idarəetməni itirib və yıxılıb. Xoşbəxtlikdən sürücünün əynində xüsusi geyim onu xəsarət almaqdan xilas edib. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib. Əzizə İsmayılova

Mənbə
oxu.az