Digər

İranda avtobusa silahlı hücum: 2 nəfər öldü

16 Feb 2026, 12:00 2 baxış
İranda avtobusa silahlı hücum: 2 nəfər öldü

İranın Zahidan şəhərində fəhlələri daşıyan avtobusa naməlum şəxslər tərəfindən silahlı hücum edilib.


Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.


Məlumata görə, silahlı insident nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.


Hücumu törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər