Digər
Qırmızı bülletenlə axtarılan İŞİD üzvü Türkiyədə saxlanıldı
Türkiyənin Eskişehir vilayətində İŞİD terror təşkilatının üzvü saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, qeyri-qanuni miqrant kimi saxlanılan İraq vətəndaşının İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilib.
Saxlanılan şəxs məhkəmə tərəfindən "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə həbs edilib.
Mənbə
axar.az