Dünya

KİV: Trampın komandasında İran məsələsinə görə fikir ayrılığı yaranıb

17 May 2026, 00:48 1 baxış
KİV: Trampın komandasında İran məsələsinə görə fikir ayrılığı yaranıb
ABŞ Prezidenti Donald Trampın Administrasiyasında İranla bağlı gələcək addımlar məsələsində vahid mövqe yoxdur. Oxu.Az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Ağ Ev daxilində fikir ayrılığı Trampın Çinə səfərindən sonra daha da güclənib. Vaşinqton həmin səfərdən İran məsələsində irəliləyiş gözləyirdi. CNN yazır ki, administrasiya nümayəndələrinin bir hissəsi, o cümlədən Pentaqon əməkdaşları İrana qarşı daha sərt yanaşmanı dəstəkləyir və hərbi zərbələri mümkün sayır. Digər rəsmilər isə ABŞ-nin İranla danışıqları davam etdirməsinin vacib olduğunu düşünürlər. Mənbələrin sözlərinə görə, Tramp Hörmüz boğazının bağlı qalmasından narazıdır. Bildirilir ki, bu vəziyyət ABŞ-də neft və benzin qiymətlərinin artmasına səbəb olur. "Prezident Tramp bütün variantları nəzərdən keçirir. Bununla belə, onun əsas üstünlük verdiyi yol diplomatiyadır", - deyə Ağ Evin mətbuat katibi Anna Kelli bildirib. "The New York Times" isə mənbələrə istinadən ABŞ və İsrailin İrana qarşı mümkün yeni zərbələrə hazırlığı gücləndirdiyini yazıb. Nəşrin məlumatına görə, Trampın komandası münaqişənin gərginləşəcəyi təqdirdə atılacaq addımlar, o cümlədən İranın hərbi obyektlərinə və infrastrukturuna daha sərt zərbələr endirilməsi ilə bağlı variantlar hazırlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər