İdman
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının altıncı günündə beş medal qazandılar
Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının 6-cı günündə beş medal qazanıblar. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Hüseyn Rzazadə (48 kq) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb və rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çempionu olub. Abbas Şəfiyev (55 kq) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb. Rəşid Nazarov (65 kq) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medalla kifayətlənib. Nihad Süleymanlı (80 kq) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hakim Tağıyev (110 kq) isə bürünc medal görüşündə belaruslu Daniil Jivuladan güclü olub - 3:1.
Mənbə
oxu.az
Oxşar Xəbərlər