Cəmiyyət

Heydərovun yeni müavinləri kimlərdir? - Dosye

16 Feb 2026, 12:08 2 baxış
Heydərovun yeni müavinləri kimlərdir? - Dosye

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavini təyin edilib. Belə ki, Yusif Nəbiyev və Xanlar Cəbrayılov nazir Kəmaləddin Heydərovun müavini olublar.


Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Yusif Mahmud oğlu Nəbiyev uzun illərdir Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışıb.


O, 14 dekabr 2012-ci ildə "daxili xidmət general-mayoru" rütbəsi alıb, 2018-ci ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın Əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000-2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011-2022) olmuş Mahmud Nəbiyevin oğludur.


General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970-1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979-1980) olub.


Xanlar Cəbrayılov isə 1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Daha sonra Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində işləyib. Onun "gömrük xidməti mayoru" olduğu bildirilir.


O, FHN yaranandan - 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər