Cəmiyyət

Xocalı şəhəri, Hadrut və Qırmızı Bazar qəsəbələrinə daha 60 ailə yola salınıb

16 Feb 2026, 11:45 2 baxış
Xocalı şəhəri, Hadrut və Qırmızı Bazar qəsəbələrinə daha 60 ailə yola salınıb
Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.

Xocalı şəhəri, Hadrut və Qırmızı Bazar qəsəbələrinə daha 60 ailə yola salınıb Xocalı şəhəri, Hadrut və Qırmızı Bazar qəsəbələrinə daha 60 ailə yola salınıb
Mənbə oxu.az

Oxşar Xəbərlər