Cəmiyyət

Uşaq evində 2 yaşlı uşaq qızılcadan öldü

16 Feb 2026, 11:37 2 baxış
Uşaq evində 2 yaşlı uşaq qızılcadan öldü

11:14


Bakıda 2 yaşlı uşaq qızılcadan ölüb.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə fevralın 14-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən “Nur” uşaq evində qeydə alınıb. 2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb.


Araşdırmalar aparılır.


***


Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb.


Bu barədə TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər