Cəmiyyət
Bakıda 43 yaşlı qadın estetik əməliyyatdan sonra öldü
Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
"Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək", - məlumatda qeyd olunub.
Qadının estetik əməliyyat olduğu bildirilir.
Mənbə
axar.az