Cəmiyyət

Bu ərazilərə növbəti köç karvanları yola salındı

16 Feb 2026, 11:43 2 baxış
Bu ərazilərə növbəti köç karvanları yola salındı

Xocalı şəhəri, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.


Axar.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailə (91 nəfər) köçürülür.


Qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Mənbə axar.az

Oxşar Xəbərlər