Cəmiyyət

Bakıya qatı duman çökdü: Nə vaxta qədər davam edəcək? - VİDEO

16 Feb 2026, 10:03 2 baxış
Bakıya qatı duman çökdü: Nə vaxta qədər davam edəcək? - VİDEO
Hazırda ölkəmizdə dumanlı hava şəraiti müşahidə olunur. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır. Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər