Digər

Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ

16 Feb 2026, 09:28 2 baxış
Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində və Ağdərə rayonunda 16-20 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər