Digər
Ərdoğanın BƏƏ-yə səfəri təxirə salındı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, söhbət zamanı Ərdoğanın BƏƏ-yə səfərinin ən-Nəhyanın səhhətində yaranan problem səbəbindən təxirə salındığı məlum olub.
Türkiyə lideri həmkarının tez bir zamanda sağalmasını arzu edib və səfərin qarşılıqlı olaraq ən uyğun zamanda baş tutacağı bildirilib.
Qeyd edək ki, R.T.Ərdoğanın fevralın 17-də BƏƏ-yə səfəri nəzərdə tutulurdu.
Mənbə
axar.az