Kriminal
Göygöldə yük və minik maşınları toqquşdu: 16 yaşlı şəxs yaralandı
Göygöldə yük və minik avtomobilləri toqquşub, bir nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili AVİA markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, 2010-cu il təvəllüdlü T.Babakişiyev ağır xəsarət alıb. 16 yaşlı gənc xəstəxanaya aparılaraq müalicəyə alınıb. Zərbə nəticəsində VAZ-2107 avtomobili ciddi ziyan görərək yararsız vəziyyətə düşüb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar davam edir.
Mənbə
oxu.az