Dünya

İran ABŞ ilə danışıqlarda güzəştə getməsi üçün şərtini açıqladı

15 Feb 2026, 15:24 2 baxış
İran ABŞ ilə danışıqlarda güzəştə getməsi üçün şərtini açıqladı
"Əgər amerikalılar sanksiyaların ləğvini müzakirə etməyə hazır olarlarsa, İran ABŞ ilə nüvə razılaşmasına nail olmaq üçün güzəştləri nəzərdən keçirməyə hazırdır". Oxu.Az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi BBC telekanalına müsahibəsində bildirib. Tehranın nüvə silahı əldə etməsi imkanlarını müzakirə etməyə hazır olub-olmaması barədə suala cavab verən Təxt-Rəvançi deyib: "Əgər onlar sanksiyalar haqqında danışmağa hazırdırlarsa, biz bunu və nüvə proqramımızla bağlı digər məsələləri müzakirə etməyə hazırıq". Nazir müavini vurğulayıb ki, hazırda "top ABŞ-nin meydançasındadır və onlar həqiqətən saziş bağlamaq istədiklərini sübut etməlidirlər". Diplomat vurğulayıb ki, İran ABŞ ilə danışıqlarda yalnız nüvə proqramını müzakirə etməyə hazırdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər