Digər
Braziliyada seçkilər: Silva Bolsonaroya qarşı
Braziliyada prezident seçkilərində səsvermə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, seçki məntəqələri bazar günü yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 15:00) açılıb və səsvermə saat 17:00-da (Moskva vaxtı ilə 00:00) başa çatacaq.
Məlumata görə, Braziliya vətəndaşları təkcə növbəti dörd il üçün dövlət başçısını deyil, həm də ştat qubernatorlarını seçəcəklər. Ölkənin Ali Seçki Məhkəməsi 12 prezidentliyə namizədi qeydə alıb.
Prezidentlik uğrunda əsas mübarizə hazırkı dövlət başçısı Luis İnasio Lula da Silva ilə sağçı namizəd, senator Flavio Bolsonaro arasında gedir.
Mənbə
axar.az