Digər

Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" - Video

04 Oct 2026, 15:36 1 baxış
Şəhid anasının xatirəsi: "Oğluma dedim ki, əsir düşməmək üçün özünü vur" - Video
Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gələn Rəvan Lətifov doğmalarının, həmkarlarının və xüsusilə şagirdlərinin yaddaşında qəhrəman müəllim kimi qalıb. 44 günlük Vətən müharibəsi başlayanda o, sevimli şagirdlərini və 11 aylıq övladını Vətənə əmanət qoyaraq döyüşlərə qatılıb. Qəhrəmancasına vuruşan Rəvan Lətifov şəhidlik zirvəsinə ucalıb. Şəhidin anası Gültəkin Lətifova Baku TV-yə oğlunun müharibəyə yollanması və onunla sonuncu telefon danışığı barədə danışıb:

"Dörd övladım var. Rəvan ailənin sonbeşiyi idi. Səfərbərlik elan olunanda, Vətən darda qalanda Şuşanın harayına dözə bilmədi və Vətənin müdafiəsinə yollandı. Həmin vaxt ailəli idi, bir övladı var idi. Nəvəm atası müharibəyə gedəndə 11 aylıq idi, indi isə birinci sinifdə oxuyur. Noyabrın 5-i mənim ad günüm idi. Zəng edib məni təbrik etdi və sonuncu dəfə onun səsini eşitdim. Dedi ki, ana, bizi irəli aparırlar, bir daha görüşməyə və danışmaya bilərik. Mən də ona dedim: Oğul, görsən ki, ermənilərə əsir düşmək ehtimalın var, özünü öldür. Şəhid olsan, dözərəm, amma əsir düşməyinə dözə bilmərəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər