Dünya

İran ABŞ-nin təklifinə cavab verdi

04 Oct 2026, 13:00 4 baxış
İran ABŞ-nin təklifinə cavab verdi
İran ABŞ-nin təklifinə cavabını Qətər vasitəsilə Vaşinqtona çatdıraraq nüvə proqramı ilə bağlı müzakirələri yenidən başlatmaq cəhdini rədd edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bəyan edib. "İslam Respublikasının aydın və qətiyyətli cavablarının Dohadakı Qətər vasitəçisi vasitəsilə ABŞ tərəfinə çatdırılması Vaşinqtonun danışıqları nüvə məsələsinə yönəltmək cəhdlərinin uğursuzluğunu nümayiş etdirdi", - deyə diplomat vurğulayıb. Bəqai bildirib ki, Hörmüz boğazında təhlükəsizliyin bərpası yalnız ABŞ-nin konkret addımlar atması ilə mümkündür. Onun sözlərinə görə, bunun üçün İranın kommersiya gəmiçiliyinə yaradılan maneələr tam aradan qaldırılmalı, bütün birtərəfli və son dövrdə tətbiq edilmiş sanksiyalar ləğv olunmalı, həmçinin hərbi müdaxilələr dayandırılmalıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər