Dünya

KİV: Avropadan Asiya və Amerikaya iki milyard dollara sualtı internet kabeli çəkiləcək

15 Feb 2026, 13:48 2 baxış
KİV: Avropadan Asiya və Amerikaya iki milyard dollara sualtı internet kabeli çəkiləcək
Şimali Avropa ölkələri Şimal qütbü vasitəsilə Asiya və Şimali Amerikaya sualtı internet kabel sistemi çəkməyi planlaşdırırlar. Oxu.Az bu barədə SVT telekanalına istinadən xəbər verir. "Polar Connect" İsveçdən Şimal qütbü vasitəsilə Asiya və Şimali Amerikaya qədər optik-lifli kabellər şəklində sualtı infrastrukturun yaradılması üzrə şimal ölkələrinin müştərək layihəsidir", - deyə məlumatda bildirilir. İlkin marşrut İsveç, Norveç, Kanada, Alyaska (ABŞ), Yaponiya və Cənubi Koreyanı əhatə edəcək. Ümumi uzunluğu 10 500 kilometr olan yeni kabel sistemi 2030-cu ildə istifadəyə veriləcək. Layihə hazırkı təhlükəsizlik vəziyyətində Avropa İttifaqı tərəfindən prioritet kimi qiymətləndirilir və dəyəri 21 milyard İsveç kronundan çox (2.3 milyard dollar) qiymətləndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər