Dünya
Suriya ordusu ölkədəki ABŞ hərbi bazasını nəzarət altına aldı
Suriya ordusu ölkənin Haseke əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən ABŞ-nin Əş-Şəddadi hərbi bazası üzərində nəzarəti təmin edib. Oxu.Az xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Müdafiə Nazirliyi SANA agentliyinə məlumat verib. Bəyanata əsasən, əməliyyat ABŞ tərəfi ilə razılaşdırıldıqdan sonra həyata keçirilib. Xatırladaq ki, fevralın 12-də Suriya ordusu ABŞ-nin öz qüvvələrini çıxardığı Ət-Tanf hərbi bazasının ərazisini nəzarətə götürmüşdü.
Mənbə
oxu.az