Dünya

İsveçrədə konfetti topunun partlaması nəticəsində 11 nəfər xəsarət alıb

15 Feb 2026, 12:48 2 baxış
İsveçrədə konfetti topunun partlaması nəticəsində 11 nəfər xəsarət alıb
İsveçrənin Şabl kəndində keçirilən karnavalda rəngarəng konfetti səpələyən topun kompressoru partlayıb. Oxu.Az RTS teleradio şirkətinə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Qeyd olunub ki, yaralananlardan biri ciddi xəsarətlər alıb və o, helikopterlə xəstəxanaya çatdırılıb. Digər təfərrüat barədə məlumat verilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər