Dünya

Britaniya XİN-in məşhur diplomat pişiyi ölüb

15 Feb 2026, 11:24 2 baxış
Britaniya XİN-in məşhur diplomat pişiyi ölüb
Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) keçmiş "baş siçantutan"ı - pişik Palmerston vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat pişiyə məxsus "X" sosial şəbəkə hesabında paylaşılıb. "Görkəmli diplomat Palmerston 12 fevral tarixində dünyasını dəyişib", - deyə paylaşımda bildirilir. Heyvanın təxminən 12 yaşı var idi. Qeyd edək ki, Palmerston 2016-cı ilin aprelindən 2020-ci ilin avqustuna qədər Britaniya XİN-in iqamətgahında baş siçantutan vəzifəsində çalışıb. Pişik oraya "Battersea Dogs and Cats Home" sığınacağından gətirilmişdi. Palmerston "istefaya çıxdıqdan" sonra nazirliyin əməkdaşlarından birinin evində yaşayırdı.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər