Dünya

Tailandda avtobus aşıb, onlarla insan xəsarət alıb

15 Feb 2026, 11:36 2 baxış
Tailandda avtobus aşıb, onlarla insan xəsarət alıb
Tailandın cənubundakı Tranq vilayətində avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb. Oxu.Az "Khaosod" qəzetinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Avtobus Phuket - Betonq marşrutu üzrə hərəkət edirdi. Nəqliyyat vasitəsində ümumilikdə 52 nəfər olub, 10-dan çox sərnişin ağır xəsarətlər alıb. Ehtimala görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Polis fakt üzrə araşdırmalara başlayıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər