Dünya
Mixail Qaluzin: "Rusiya, ABŞ və Ukrayna danışıqları "məlumat sızdırmadan" aparmağa dair razılaşıblar"
"Rusiya-ABŞ-Ukrayna formatında aparılan danışıqların iştirakçıları "məlumat sızdırmadan" işləmək barədə razılığa gəliblər". Oxu.Az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. "23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna üçtərəfli formatında təhlükəsizlik məsələləri üzrə işçi qrupunun iclasları keçirilib. İştirakçılar məlumat sızmalarına yol vermədən, "sükut rejimi"ndə işləmək barədə razılığa gəliblər. Buna görə də, bu platformada aparılan müzakirələrin gedişi və məzmunu ilə bağlı şərh verməyəcəyəm", - deyə o qeyd edib.
Mənbə
oxu.az