Dünya

Vaşinqtonun yeni planı: İrandan Çinə neft ixracı dayandırılır

15 Feb 2026, 09:12 2 baxış
Vaşinqtonun yeni planı: İrandan Çinə neft ixracı dayandırılır
ABŞ administrasiyası İran neftinin Çinə tədarükünə mane olmaq məqsədilə yeni məhdudlaşdırıcı tədbirlər görmək niyyətindədir. Oxu.Az "Axios" portalına istinadən xəbər verir ki, Vaşinqton bu strateji gedişlə Tehranı nüvə proqramı üzrə danışıqlarda güzəştə getməyə məcbur etmək istəyir. Mənbələrin verdiyi məlumata görə, ABŞ lideri Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 11-də Ağ Evdə baş tutan görüş zamanı mühüm razılıq əldə ediblər. Tərəflər ABŞ-nin "İrana qarşı iqtisadi təzyiqləri, xüsusən də Çinə neft satışı ilə bağlı məhdudiyyətləri gücləndirməsi" barədə ortaq məxrəcə gəliblər. Nəşrdə vurğulanır ki, Amerika tərəfi bu addımın İranı nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməyə vadar edə biləcəyinə inanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər