Kriminal

Bakıda binada yanğın: sakinlər təxliyə olundu - Video

14 Feb 2026, 23:27 1 baxış
Bakıda binada yanğın: sakinlər təxliyə olundu - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.


Nazirlikdən Axar.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar, 2 p.m elektrik naqili yanıb.


Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla, 7 nəfər təxliyə olunub.


Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.


Mənbə axar.az

Oxşar Xəbərlər