Dünya

Rubio: "Tramp Xamenei ilə görüşməyə hazırdır"

14 Feb 2026, 18:36 2 baxış
Rubio: "Tramp Xamenei ilə görüşməyə hazırdır"
"ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamenei ilə şəxsən görüşməyə hazırdır". Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərlə söhbətində bildirib: "Əminəm ki, əgər sabah ayətullah prezidentlə görüşmək istədiyini desə, Tramp razılaşacaq. Ona görə yox ki, o, Xamenei ilə razıdır. Ona görə ki, bunu dünyada problemlərin həlli yolu hesab edir və kiminləsə görüşü güzəşt saymır". Qeyd edək ki, Tehranın nüvə dosyesi ətrafında vəziyyətin tənzimlənməsinə yönələn ABŞ-İran məsləhətləşmələrinin növbəti mərhələsi fevralın 6-da Omanda baş tutub. Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb. İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər