Kriminal

İş vədi ilə tanışının külli miqdarda pulunu mənimsədi

14 Feb 2026, 17:18 1 baxış
İş vədi ilə tanışının külli miqdarda pulunu mənimsədi
Sumqayıtda tanışına qarşı dələduzluq edən şəxs tutulub. Oxu.Az-ın məlumatına görə, zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, münasibətləri olan insan onu işlə təmin etmək vədi verib və bu yolla onun 11 500 manat pulunu mənimsəyib. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qeyd olunan əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər