Kriminal

Naxçıvanda FACİƏ: Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu

14 Feb 2026, 12:20 1 baxış
Naxçıvanda FACİƏ: Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmməd Məmmədov və onun 5 nəvəsi dəm qazından zəhərləniblər. Hadisə nəticəsində M.Məmmədov dünyasını dəyişib, nəvələri - 2020-ci təvəllüdlü F.Məsimova, 2018-ci il təvəllüdlü H.Məsimov, 2017-ci il təvəllüdlü M.Məsimov, 2021-ci il təvəllüdlü Ə.Məsimov və 2022-ci il təvəllüdlü H.Məsimov xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər