Digər
Gürcü hərbçiləri NATO-nun hərbi təlimində
Gürcüstan Sərhəd Polisi və Sahil Mühafizəsinin on bir zabiti Türkiyədə NATO-nun “Dəniz mühafizəsi” əməliyyatında iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən məlumat verilib.
Məlumata görə, 21 yanvar - 9 fevral tarixlərində keçirilən təlimlərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri və TCG Gaziantep (F-490) freqatı iştirak edib.
Təlimin əsas məqsədi dəniz terrorizmlə mübarizə aparmaq, sərbəst və təhlükəsiz naviqasiyanı təşviq etmək, dəniz təhlükəsizliyi imkanlarını inkişaf etdirmək və gücləndirməkdir.
Mənbə
axar.az