Digər
Vorontsov Almatıda saxlanıldı
Ukraynadakı müharibə və Rus Pravoslav Kilsəsinin mövqeyini ictimai tənqid etməsi ilə tanınan keçmiş ruhani Yakov Vorontsov Almatıda saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Məlumata görə, Almatı İstintaq İdarəsi narkotik yuvasının təşkili ilə bağlı cinayət işi üzrə onun yaşadığı ünvanda axtarış aparıb və qadağan olunmuş maddə aşkarlayıb.
Qeyd edək ki, Vorontsov Rus Pravoslav Kilsəsini və Rusiyanın Ukraynaya müharibəsini tənqid etməsi, eləcə də Qazaxıstanda Moskvadan asılı olmayan bir Pravoslav Kilsəsi yaratmaq cəhdi ilə tanınır.
Mənbə
axar.az