Digər
Britaniyada maşında siqaret qadağan edilir
Böyük Britaniya hökuməti uşaqları passiv tüstü və buxarın zərərindən qorumaq üçün avtomobillərdə siqaretləri qadağan etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qadağa “tüstüsüz zona” qaydalarını genişləndirərək, siqaret, elektron siqaret və qızdırılan tütün məhsullarını əhatə edir. 18 yaşdan kiçiklərin olduğu avtomobillərdə, uşaq meydançaları və məktəb girişlərində, xəstəxana həyətlərində siqaret qadağan ediləcək.
Yeni qərara əsasən, iş yerləri və ictimai nəqliyyatda da qadağalar genişlənəcək.
Mənbə
axar.az