Digər

Bu şirkət “Lukoyl”un bütün xarici aktivlərini ala bilər

13 Feb 2026, 11:48 2 baxış
Bu şirkət “Lukoyl”un bütün xarici aktivlərini ala bilər

Səudiyyə Ərəbistanının “Midad Energy” şirkəti Rusiyanın “Lukoyl” neft şirkətinin xarici aktivlərini almaq üçün ilkin müqavilə imzalayıb.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.


Məlumata görə, saziş 2026-cı ilin yanvar ayının sonunda imzalanıb və bütün hədəf aktivləri əhatə edir:


“Midad” Rusiya neft şirkətinin aktivlərini nağd pula almağa və ABŞ Xəzinədarlığının razılığını gözləyərək vəsaitləri depozit hesabına yerləşdirməyə razılaşıb. Rusiya şirkətinin xarici aktivlərinin hər hansı bir yekun satışı ABŞ Maliyyə Nazirliyinin təsdiqini tələb edəcək. Vaşinqtonun razılaşmanı təsdiqləyəcəyinə dair heç bir zəmanət yoxdur”.

Mənbə axar.az

Oxşar Xəbərlər