Digər

Kiyevə "Patriot" raketləri verməyə hazırıq, bir şərtlə...

13 Feb 2026, 09:08 2 baxış
Kiyevə "Patriot" raketləri verməyə hazırıq, bir şərtlə...

Almaniya Ukraynaya “Patriot” zenit-raket komplekslərində istifadə olunan əlavə PAC-3 raketləri göndərməyi planlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.


“Digər ölkələr ümumilikdə 30 ədəd PAC-3 tədarük edərsə, Almaniya Ukraynaya əlavə 5 PAC-3 raketi göndərməyə hazırdır. Hamımız bilirik ki, bu, insanların həyatını xilas etmək üçündür. Bu, hava müdafiəsinə dəstəyimizin prioritet istiqamətlərdən biridir. Almaniya 12 “Patriot” sistemindən 5-ni artıq təhvil verib. Biz həmçinin İRİS-T sistemlərini də çatdırmışıq”, – deyə Pistorius qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər