Kriminal

Bakıda üç marşrut avtobusu toqquşdu: Sərnişinlər üçün qorxulu anlar

12 Feb 2026, 23:42 1 baxış
Bakıda üç marşrut avtobusu toqquşdu: Sərnişinlər üçün qorxulu anlar
Bu gün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Müzəffər Həsənov küçəsində - metronun "20 Yanvar" stansiyasının qarşısında 3 avtobus toqquşub.

Belə ki, "Bakubus"a məxsus olan 14 saylı xəttin BYD, 194 saylı xəttə məxsus olan "KingLong" və 159 saylı xətt üzrə işləyən "İsuzu" markalı avtobuslar bir-birinə çırpılıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər